Ana Sayfa > Karusel / Gündəm > Aİ-də Omikron ştamına qarşı 2 vaksinə icazə verilib
Aİ-də Omikron ştamına qarşı 2 vaksinə icazə verilib1-09-2022, 22:47. Yazar: Admin |
Avropa Dərman Agentliyi koronavirusun Omikron ştamına qarşı 2 vaksinin Avropa İttifaqında tətbiqinə icazə verib. Qarabaginfo.az-ın xəbərinə görə, agentlik “Pfizer/BioNTech” və “Moderna” şirkətlərinin 2 vaksininin Avropada tətbiqinə icazə verib. Baş qərargahı Amsterdamda yerləşən agentlik bildirir ki, hər 2 vaksin yaşı 12-dən yuxarı olan şəxslərə tətbiq edilə bilər. Qeyd edək ki, ABŞ və Kanada ötən həftə sözügedən vaksinlərin tətbiqinə icazə verib. Geri dön |