Ana Sayfa > Karusel / Gündəm > Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"


1-09-2022, 21:13. Yazar: Admin

"3-4 futbolçu ilə danışıqlar gedirdi. Amma alınmadı. Əlimizdəki futbolçularla qarşıdakı görüşlərə hazırlaşacağıq".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra CBC Sporta açıqlamasında deyib.

50 yaşlı mütəxəssis 3 xal qazandıqları üçün razı qaldığını bildirib: "Amma bəlkə də belə hesabın komandaya xeyri dəyir. Qarşıdakı 6 gündə UEFA Avropa Liqasının qrup mərhələsində "Frayburq"la səfər matçına hazırlaşacağıq".


Geri dön