Ana Sayfa > Karusel / Təhsil > Nazirlik direktorun qovulmasını ARAŞDIRIR

Nazirlik direktorun qovulmasını ARAŞDIRIR


1-09-2022, 15:46. Yazar: Admin

Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə kollektiv tərəfindən qovulması ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Qarabaginfo.az-a Mədəniyyə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, məktəbdə baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Xatırladaq ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar. Müəllimlər etiraz edərək onu məktəbdən qovublar.


Geri dön