Ana Sayfa > Karusel / Sosial > Bu il Bakıda 4 məktəb direktoru işdən çıxarılıb, 18 nəfər vəzifəyə təyin edilib

Bu il Bakıda 4 məktəb direktoru işdən çıxarılıb, 18 nəfər vəzifəyə təyin edilib


12-06-2020, 15:00. Yazar: Admin

 

 

2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Qarabaginfo.az xəbər verir ki, İdarədən verilən məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib.

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.


Geri dön