Ana Sayfa > Karusel / Səhiyyə > Ənvər Həsənov koronavirusa yoluxub - TƏBİB
Ənvər Həsənov koronavirusa yoluxub - TƏBİB31-08-2022, 12:38. Yazar: Admin |
Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.
Bu barədə Qarabaginfo.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 30 avqust 2022-ci ildə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub:
"COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - 31 avqust 2022-ci ildə pozitiv çıxıb. Eyni zamanda, 31 avqust 2022-ci ildə Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir".
Geri dön |