Ana Sayfa > Karusel / Siyasət > F-35 vermirlər, vecimizə də deyil: Özümüz istehsal edəcəyik

F-35 vermirlər, vecimizə də deyil: Özümüz istehsal edəcəyik


31-08-2022, 10:34. Yazar: Admin
Ednews TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.<iframe width="0" height="0" frameborder="0" scrolling="no"></iframe>

“Eynən bir əsr əvvəl olduğu kimi bu gün də Yunanıstan istifadə edilir. Ölkəmizin vaxtını və enerjisini boşa sərf etdirməyə çalışanların niyyətini bilirik. Yunanıstan təyyarələrimizi təhdid edərək NATO və müttəfiqlərinə meydan oxudu.

Amerika bizə vermədiyi F-35-ləri Yunanıstana bağışlayır. Bizə F-35 vermirlər, aldığımız müdafiə sistemlərinə görə bizi qınayırlar. Vecimizə də deyil. Bizə verilməyən hər məhsulu istehsal etmək qabiliyyətinə sahibik”, - deyə Ərdoğan bildirib.(visiontv.az)


Geri dön