Ana Sayfa > Karusel / İqtisadiyyat > Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir

Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir


30-08-2022, 20:57. Yazar: Admin

Ənvər Həsənov

 

Xalq artisti Ənvər Həsənovun səhhəti ağır olaraq qalır. Sənətkarın qızı APA-ya bildirib ki, bu gün atasının "Covid-19" testi də pozitiv çıxıb. O, atasının müalicəsinin davam etdirildiyini söyləyib.

Heydər Əliyev Fondundan Qarabaginfo.az-a bildirilib ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün müraciət edib. Fond da, öz növbəsində, ailəyə dəstək göstərir. 

Qeyd edək ki, Xalq artistinin səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. O, hazırda Mərdəkanda xəstəxanada müalicə alır.


Geri dön