Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qanunsuz erməni silahlı birləşmələrinin sabiq komandanı, "general-leytenant" Mikael Arzumanyan həbs olunub.
Ermənistan mediası yazır ki, İrəvandan Xankəndinə yönələn M.Arzumanyan Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.
O, Xankəndinə, mitinqə gəlirmiş. M.Arzumanyan Ermənistan İstintaq Komitəsinin sanksiyası ilə tutulub.
M.Arzumanyan ermənilər arasında "qorxaq general" kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan "komandan" təyin edilmişdi.
Azxeber.com