Ana Sayfa > Karusel / Region > "Avqustun 29-da Rusiyada fəlakət başlayıb..."
"Avqustun 29-da Rusiyada fəlakət başlayıb..."30-08-2022, 16:09. Yazar: Admin |
"Bu, rusiyalıların ölümünə-mülki, mənəvi, psixoloji və siyasi ölümünə aparan yoldur..."
"Mənim bu müharibədə, axı, nə itim azıb?.."
Avqustun 29-da Rusiya Federasiyası ordusu və bütövlükdə Rusiya üçün fəlakət başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində bəyan edib. Məlumatı Ukraynanın "УНИАН" informasiya agentliyi yayıb.
"Bu, rusiyalı hərbçilər və onların cəmiyyəti üçün fəlakət olacaq. Bu fəlakət avqustun 29-da başlanıb, aktiv fazaya keçib. Biz indi dönüş həyata keçirmişik. Bu, ölümə aparan yoldur. Mülki, mənəvi, psixoloji, siyasi ölümə aparan yoldur. Vladimir Vladimiroviç, bir yeriniz qaşınmır ki? Bu, sonunuzun başlanğıcıdır", - agentlik Arestoviçin sözlərindən iqtibas gətirib.
Arestoviç qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrin strategiyası rusiyalı hərbi qulluqçulara psixoloji və mənəvi təsir kimi amildən istifadəni nəzərə alır.
"Əsgərlər öyrənir ki, kömək gəlməyəcək, çünki keçid dağıdılıb. Onlar öyrənir ki, geriyə çəkilə bilməyəcək, çünki keçid dağıdılıb. Və hər gün, hər saat biz onların daha çox ümidsizliyə düçar edəcəyik. Bu, planın bir hissəsidir", - Arestoviç deyib.
Onun sözlərinə görə, rusiyalı hərbi qulluqçu belə şəraitlərdə mütləq özünə sual verəcək:
"Mənin bu müharibədə, axı, nə itim azıb?".
Arestoviçin sözlərinə görə, rusiyalılar bu suala cavab tapmayacaq.
Xəbər verildiyi kimi, dünən "Kaxovka" əməliyyat qruplaşmasının nümayəndələri Ukrayna ordusunun Xerson rayonunda əks hücumu barədə bəyan edib.(Moderator.az)
Geri dön |