Ana Sayfa > Karusel / Siyasət > Mişel İlham Əliyevdən sonra Paşinyanla DANIŞDI
Mişel İlham Əliyevdən sonra Paşinyanla DANIŞDI30-08-2022, 15:52. Yazar: Admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığında Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Brüsseldə keçiriləcək görüşü müzakirə olunub.
Bundan əlavə, tərəflər dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və danışıqların səmərəli olacağına ümidvar olduqlarını bildiriblər.
Bundan öncə, Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon əlaqəsi saxlayıb. Geri dön |