Ana Sayfa > Karusel / Gündəm > Teymur Mustafayev dəfn edildi

Teymur Mustafayev dəfn edildi


12-06-2020, 10:51. Yazar: Admin

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

 

Qarabaginfo.az-ın xəbərinə görə, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

 

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

 

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.Report

 


Geri dön