Ana Sayfa > Karusel / Region > Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub

Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub


12-06-2020, 10:48. Yazar: Admin

 

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb. Oğurladığı qızılların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı ŞRPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

APA.az

Şəkidə evdən qızıl oğurlayan şəxs tutulub - FOTO


Geri dön