Ana Sayfa > Karusel / Gündəm > Minaya düşən bələdçinin həyati təhlükəsi yoxdur

Minaya düşən bələdçinin həyati təhlükəsi yoxdur


30-08-2022, 13:01. Yazar: Admin

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bu gün Qubadlıda mina partlaması nəticəsində xəsarət alan əməkdaşının vəziyyəti ilə bağlı məlumat açıqlanıb.

 

ANAMA-nın mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, avqustun 30-da Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

 

ANAMA vətəndaşları bədbəxt hadisələrlə üzləşməmək üçün daha diqqətli olmağa çağırıb.


Geri dön