Ana Sayfa > Karusel / Gündəm > Sabahın HAVASI - 37 dərəcə isti

Sabahın HAVASI - 37 dərəcə isti


30-08-2022, 12:23. Yazar: Admin

Bakıda və Abşeron yarımadasında avqustun 31-nə gözlənilən hava şəraitiə bağlı proqnoz açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, sabah hava yağmursuz olacaq, cənub küləyi əsəcək.

 

Temperatur gecə 19-24° isti, gündüz 33-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 25-30 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.


Geri dön