Ana Sayfa > Karusel / Dünya > Almaniya Ukraynaya yeni silahlar göndərəcək

Almaniya Ukraynaya yeni silahlar göndərəcək


29-08-2022, 15:29. Yazar: Admin

"Almaniya növbəti həftələrdə Ukraynaya hərbi yardım göndərəcək".

 

Qarabaqinfo.az -a xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Praqda Çarlz Universitetində çıxışı zamanı deyib.


Şolts bildirib ki, ehtiyac olduğu müddətdə Almaniya Ukraynaya dəstək verməyə davam edəcək:

 

"Almaniya qabaqcıl hava hücumundan müdafiə vasitələri, radar sistemləri və ya pilotsuz təyyarələr göndərməklə yanaşı, Ukraynanın artilleriya və hava hücumundan müdafiə potensialının artırılması istiqamətində xüsusi məsuliyyət götürəcək".modern.az


Geri dön