Ana Sayfa > Karusel / Gündəm > Parkinq pullarının rəislərə verilməsi iddiası haqda araşdırma başladı
Parkinq pullarının rəislərə verilməsi iddiası haqda araşdırma başladı29-08-2022, 15:06. Yazar: Admin |
İctimai fəal Bəxtiyar Hacıyev Bakıda avtomobillərin parkinq edilməsinə görə ayrı-ayrı adamlar tərəfindən toplanan vəsaitdən həmin ərazi üzrə polis rəislərinə gündəlik pul verildiyini iddia edib. Qarabaginfo.az xəbər verir ki, o, bu barədə parkinq bələdçilərinin məlumat verdiklərini qeyd edib.Həmin "parkovşiklər" sürücülərdən topladıqları pullardan gündəlik olaraq 50-80 manat rayon polis rəislərinə verdiklərini deyiblər. B.Hacıyev eyni zamanda böyük şəhərlərdən Bakıya mütəmadi sərnişin daşıyan nəqliyyat vasitələrindən həmin rayonların polislərinin (PPX əməkdaşları) hər reys üçün pul topladığını iddia edib. Bir müddət sonra Hacıyev əlavə edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov onunla əlaqə saxlayıb və məsələnin nəzarətə götürüldüyünü deyib. Bundan başqa, qurum rəsmisi əlindəki faktları DİN-ə təqdim etməsini ondan xahiş edib. Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında məsələ ilə bağlı araşdırma başladıldığını təsdiq edib: "Bəxtiyar Hacıyevin iddiaları nəzarətə götürülüb və araşdırma başladılıb. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar veriləcək”. Geri dön |