Ana Sayfa > Karusel / Gündəm > Rəisi Ərdoğanla Araz çayı üzərindəki su sədləri ilə bağlı razılığa gəldiklərini deyib
Rəisi Ərdoğanla Araz çayı üzərindəki su sədləri ilə bağlı razılığa gəldiklərini deyib29-08-2022, 13:56. Yazar: Admin |
İranın regionda mövcudluğu sabitlik üçündür. Bunu İran Prezidenti İbrahim Rəisi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Çinlə İran arasında əlaqələr tamamilə müstəqildir və Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük sayəsində əlaqələr daha da inkişaf edəcək. "Hər iki ölkə münasibətlərini inkişaf etdirmək əzmindədir". İbrahim Rəisi sanksiyalar fonunda ölkənin daxili inkişafına diqqət yetirilməli olduğunu deyib. "Xaricilərin əlinə baxmaq ölkəni geriyə atır. Neçə ki, ölkə illərdir bu şəraiti yaşayır. Daxili imkanlardan və bacarıqlı şəxslərdən istifadə etmək lazımdır. Dövlət qurumların gənc və səmərəli qüvvələrin cəlb edilməsi hökumətin gördüyü işlərdəndir." Rəisi Rəcəb Tayyib Ərdoğanla görüşdə Araz çayı üzərində qurulan su sədləri ilə bağlı problemlərin həllinin də asanlaşdıracaq razılığa gəldiklərini bildirib. İran Prezidenti Araz çayında İranın su problemi ilə bağlı sualın cavabında deyib: "Türkiyə bizim qonşumuzdur və bir çox regional əməkdaşlıqlarda, bəzi kommunikasiyalarda Türkiyə ilə ikitərəfli əməkdaşlığımız var. Su məsələsi bizim izləməli olduğumuz bir məsələ idi." Rəisi Prezident Rəcəb Təyyib Ərdoğanın İrana səfəri zamanı bu məsələnin müzakirə olunduğunu deyib. “Prezident Ərdoğana dedik ki, Araz çayının səviyyəsi ilə bağlı narahatıq və bu məsələ ilə bağlı bir qrup ekspert tərəfindən məsələ araşdırmalıdır. Türkiyə tərəfi razılaşdı ki, su qıtlığı probleminin həlli üçün İslam Respublikası və Türkiyənin birgə fəaliyyətlə bu işi tezliklə həll etməlidir." Geri dön |