Ana Sayfa > Karusel / Gündəm > Pakistanda musson yağışları mindən çox insanın ölümünə səbəb olub

Pakistanda musson yağışları mindən çox insanın ölümünə səbəb olub


27-08-2022, 21:58. Yazar: Admin

Pakistanda musson yağışları mindən çox insanın ölümünə səbəb olub

İyundan bəri Pakistanda musson yağışları mövsümü mindən çox adamın ölümünə səbəb olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “Figaro” Pakistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Vəziyyətin ən ağır olduğu Xeybər Paktunxva əyalətində dağ çaylarının daşması onlarla tikilini, o cümlədən 1 lüks oteli yuyub aparıb. Bəzi yaşayış məntəqələrinin əhalisinə çaylar daşmadan evlərini tərk etmək göstərişi verilib.

Rəsmi statistikaya görə, hər 7 pakistanlıdan biri bu musson mövsümündən əziyyət çəkib. Sentyabradək davam edən musson yağışları kənd təsərrüfatı üçün zəruri olsa da, bəzən ciddi fəlakətlə nəticələnir.


Geri dön