Ana Sayfa > Karusel / Gündəm > Rusiyada meşə yanğını 19 min 280 hektara yayıldı

Rusiyada meşə yanğını 19 min 280 hektara yayıldı


27-08-2022, 21:40. Yazar: Admin

Rusiyada meşə yanğını 19 min 280 hektara yayıldı

Rusiyanın paytaxtı Moskvadan təxminən 200 kilometr cənubda yerləşən Ryazan bölgəsində başlayan meşə yanğınları davam edir.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, meşə yanğınlarında 19 min 280 hektar sahə külə qərq olub.

Alovlara 10 minə yaxın şəxsi heyət, 20-yə yaxın hava və yüzlərlə quru texnikası ilə müdaxilə edilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə bölgədə fövqəladə vəziyyət elan edilib.


Geri dön