Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Sülh müqaviləsi üzrə danışıqlara hazırıq - Prezidentin köməkçisi

Sülh müqaviləsi üzrə danışıqlara hazırıq - Prezidentin köməkçisi


27-08-2022, 14:45. Yazar: Admin

Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

"Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir", - deyə o bildirib.

 

H.Hacıyev qeyd edib ki, Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir:

 

"Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər".


Geri dön