Ana Sayfa > Karusel / Gündəm > Bazar günü 38 dərəcə isti olacaq

Bazar günü 38 dərəcə isti olacaq


27-08-2022, 12:23. Yazar: Admin

Azərbaycanda avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

 

Azərbaycanın rayonlarında hava  şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.


Geri dön