Ana Sayfa > Karusel / Gündəm > İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi


27-08-2022, 11:46. Yazar: Admin

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı məktubu göndərib.

 

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

 

Allah rəhmət eləsin!".


Geri dön