Ana Sayfa > Karusel / Gündəm > Ermənistan və Rusiya generalları görüşdü

Ermənistan və Rusiya generalları görüşdü


26-08-2022, 22:22. Yazar: Admin

Avqustun 26-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Edvard Asryan Rusiyaya səfər edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

O, Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini, ordu generalı Valeri Gerasimov ilə görüşüb.

Asryan rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, eləcə də Qarabağdakı mövcud vəziyyət barədə məlumat verib.

Görüş zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.


Geri dön