Ana Sayfa > Karusel / Gündəm > NATO generalları Estoniyada toplanır

NATO generalları Estoniyada toplanır


26-08-2022, 19:49. Yazar: Admin

Qarabaginfo.az xəbər verir ki. bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

NATO Hərbi Komitəsinin iclasları çərçivəsində danışıqlar aparacaq qərargah rəisləri alyansın iyun ayında Madrid sammitində qəbul edilən müdafiə və çəkindirmə qərarlarının icrasını müzakirə edəcəklər.

Görüşdə NATO-nun İraqdakı Missiyası və NATO-nun Kosovo Qüvvələrinin (KFOR) fəaliyyəti müzakirə olunacaq.

NATO-ya üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın Baş Qərargah rəisləri də ilk dəfə qonaq qismində iclasda iştirak edəcəklər. NATO-nun Hərbi Komitəsinin iclasları ildə iki dəfə Brüsseldəki qərargahında keçirilir.


Geri dön