Ana Sayfa > Karusel / Gündəm > "Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq" - Qurban Qurbanov

"Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq" - Qurban Qurbanov


26-08-2022, 18:37. Yazar: Admin

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirib.

Qarabaginfo.az xəbər verir, o, klubunun iddialı qrupa düşdüyünü deyib.

Məşqçi bildirib ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var

"Frayburq" və "Nant" ilk "5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik", - deyə mütəxəssis qeyd edib.


Geri dön