Ana Sayfa > Karusel / Gündəm > TBMM sədrindən Laçınla bağlı paylaşım

TBMM sədrindən Laçınla bağlı paylaşım


26-08-2022, 18:28. Yazar: Admin

TBMM sədrindən Laçınla bağlı paylaşım

“2020-ci il noyabrın 9-da imzalanmış Üçtərəfli Bəyannamədə nəzərdə tutulan məsələlərə uyğun olaraq həyata keçirilən proses çərçivəsində Laçın şəhəri və iki ətraf kəndin Azərbaycana qaytarılmasını alqışlayırıq”.

Qarabaginfo.az xəbər ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Tviter səhifəsində yazıb. 

“Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcəyinə inandığımız bu inkişafın regionumuzda həyata keçirilən normallaşma proseslərinə də müsbət təsir göstərməyini arzulayırıq. 

“Bundan sonra da qardaş Azərbaycan xalqının yanında olacağımızı vurğulayırıq”, - deyə Şəntop qeyd edib.


Geri dön