Ana Sayfa > Karusel / Gündəm > Türkiyə XİN-dən Laçınla bağlı TƏBRİK

Türkiyə XİN-dən Laçınla bağlı TƏBRİK


26-08-2022, 14:37. Yazar: Admin

Türkiyə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnundur.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Türkiyə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnunluq duyur. Qardaş Azərbaycanı təbrik edirik",- Türkiyə XİN-in paylaşımında deyilir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.


Geri dön