Ana Sayfa > Karusel / İdman > AFFA Rəşad Sadıqova xəbərdarlıq etdi

AFFA Rəşad Sadıqova xəbərdarlıq etdi


26-08-2022, 13:10. Yazar: Admin

AFFA Rəşad Sadıqova xəbərdarlıq etdi

 


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qarabaginfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2-ci və 3-cü turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

Azərbaycan Premyer Liqasının 2-ci tuunun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub..

2-ci turun "Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

3-cü turun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

3-cü turun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

3-cü turun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilib.

3-cü turun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. 


Geri dön