Ana Sayfa > Karusel / İdman > “Neftçi” “Zirə”yə qarşı
“Neftçi” “Zirə”yə qarşı26-08-2022, 10:28. Yazar: Admin |
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək. Qarabaginfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. İlk olaraq “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq. Digər qarşılaşmada “Zirə” “Neftçi”nin qonağı olacaq. Bu oyuna isə saat 20:30-da start veriləcək. Qeyd edək ki, tura avqustun 27-i və 28-i keçiriləcək matçlarla yekun vurulacaq. 26 avqust (cümə) 18:00. “Sumqayıt” – “Turan Tovuz” 20:30. “Neftçi” – “Zirə” Geri dön |