Ana Sayfa > Karusel / Gündəm > ABŞ 2 milyard dollarlıq silah satdı

ABŞ 2 milyard dollarlıq silah satdı


26-08-2022, 00:40. Yazar: Admin

ABŞ Dövlət Departamenti Avstraliyaya 1,95 milyard dollar dəyərində hərbi helikopterlərin və müvafiq avadanlıqların satılmasına razılıq verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilə çərçivəsində Avstraliyaya 40 ədəd UH-60M "Black Hawk" helikopteri satılacaq.

Dövlət Departamenti, həmçinin 141,1 milyon dollar dəyərində müqavilə ilə Mərakeşə birgə taktiki radio sistemlərinin satışını təsdiqləyib.

Agentlik satış barədə Konqresə məlumat verib. Konqres təsdiqləndikdən sonra, satışlar həyata keçiriləcək.


Geri dön