Ana Sayfa > Karusel / Siyasət > Vaşinqton “Minsk qrupu”ndan tutub buraxmır - ŞƏRH
Vaşinqton “Minsk qrupu”ndan tutub buraxmır - ŞƏRH25-08-2022, 17:42. Yazar: Admin |
Xəbər verildiyi kimi, ABŞ-ın dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin edib. Bu barədə Blinkenin yazılı bəyanatında bildirilib. E.Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı olaraq Minsk qrupunun “xitmətlərindən” imtina edib, Ukraynada apardığı işğalçı müharibə fonunda üzləşdiyi sanksiyalar səbəbindən Kreml də ABŞ-la birgə həmsədrlik institutundan vaz keçib. Hətta ermənilərə simptasiya olan Paris mövcud şərtlər altında Minsk qrupunun əhəmiyyətsiz olduğunu anlayıb, bircə üçüncü “həmsədr - Vaşinqton tutduğunu buraxmır. “Bu yaxınlarda görüşdüyüm amerikalı diplomata “Vaşinqton nədən Minsk qrupundan imtina etmir” sualını verdim və ona izah etməyə çalışdım ki, bu israrçılıq həm Azərbaycan-ABŞ münasibətlərinə lazımsız gərginlik yaşada bilər, həm də Rusiyanın bölgədə möhkəmlənməsinə şərait yaradar. Bunlar da Vaşinqtonun maraqlarına uyğun olmamalıdır. Amerikalı diplomatın cavabı belə oldu ki, Kreml “Minsk qrupuna yox” dediyinə görə Vaşinqton bunun tərsinə “Minsk qrupu davam etməlidir” demək məcburiyyətində qalıb. Yenə də izah etməyə çalışdım ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda fəallığının əleyhinə deyil, bunun üçün Minsk qrupu xaricində kifayət qədər alət var, onlardan istifadə etmək lazımdır”,-E.Şahinoğlu qeyd edib.(Modern.az) Geri dön |