Ana Sayfa > Karusel / Gündəm > Rusiyada neft hasilatı artdı
Rusiyada neft hasilatı artdı24-08-2022, 23:02. Yazar: Admin |
Rusiyanın neft hasilatı ilin 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 309 milyon tona çatıb. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Statistika İnstitutu açıqlama yayıb.
Məlumata görə, ölkədə neft hasilatı iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 45,5 milyon tona çatıb. Dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiya ötən il 536 milyon ton neft hasil edib. Geri dön |