Ana Sayfa > Karusel / Gündəm > Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı

Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı


24-08-2022, 14:58. Yazar: Admin

Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.

Qərar sentyabrın birindən qüvvəyə minir. 

Məlumata əsasən Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.


Geri dön