Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 315 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda daha 315 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib


9-06-2020, 18:51. Yazar: Admin

Azərbaycanda daha 315 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5809, ötən müddət ərzində isə ümumilikdə 349 200 test aparılıb.


Geri dön