Ana Sayfa > Karusel / Gündəm > “Samur” gömrük postunda dəhşətli qəza - Türkiyəli sürücü öldü

“Samur” gömrük postunda dəhşətli qəza - Türkiyəli sürücü öldü


24-08-2022, 12:21. Yazar: Admin

“Samur” gömrük postunda dəhşətli qəza

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə dünən saat 16:00 radələrində qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Elmir Salahov DSX-yə məxsus olan xidməti “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən Bakı-Quba yolunun 201-ci kilometrliyində Rusiyadan Azərbaycana keçən TIR, gömrük terminalında türkiyəli sürücünü vurub. Nəticədə 1974-cü il təvəllüdlü İsmayıl Şahin yük maşınının altında qalaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Geri dön