Ana Sayfa > Karusel / Gündəm > Çimərlik futbolu üzrə Azərbaycan millisi İrana uduzub

Çimərlik futbolu üzrə Azərbaycan millisi İrana uduzub


23-08-2022, 22:10. Yazar: Admin

1454630_zw8rt01x7t.jpg

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yerli yığma ilə yoldaşlıq oyunu keçirib.

Qarabaginfo.az xəbər verir ki, qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan seçməsindən Elçin Qasımov və Ramil Əliyev fərqlənib.

Milli komanda avqustun 24-ü və 25-də İran yığmasına qarşı daha iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.


Geri dön