Ana Sayfa > Karusel / Region > Paşinyan daxili işlər naziri tapa bilmir

Paşinyan daxili işlər naziri tapa bilmir


23-08-2022, 13:09. Yazar: Admin

Paşinyan daxili işlər naziri tapa bilmir Hakimiyyət yeni formalaşacaq olacaq DİN-ə kimin rəhbərlik edəcəyini hələ də araşdırır.

Qabaginfo.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri gündəlik sərlövhəli məqaləsində qeyd edib.

Qəzetinin verdiyi məlumata görə, hakim “Vətəndaş müqaviləsi” fraksiyası yeni formalaşan daxili işlər naziri vəzifəsinə kimin təyin ediləcəyini hələ də müzakirə edir.

“Məlum olduğu kimi, Polis və Fövqəladə Hallar Nazirliyi birləşdirilərək Daxili İşlər Nazirliyi yaradılacaq. Bu strukturun yaradılması ilə bağlı danışıqlar gedən vaxtdan həmin vəzifə üçün müxtəlif adlar, o cümlədən ətraf mühit naziri Akop Simidyanın adı hallanır, amma görünür, hakim komanda fərqli qərar verməyə meyllidir, çünki onlar Simidyandan narazıdırlar. Yaxın vaxtlarda bununla bağlı təfərrüatları sizə təqdim edəcəyik.

Əldə etdiyimiz digər bir məlumata görə isə hazırda hakimiyyət Ermənistan Respublikasının polis rəisi Vahe Qazaryanı daxili işlər naziri kimi görür. O, ictimai xadim olmasa da, eləcə də onun Milli Məclisdə keçirilən hökumətin sual-cavab sessiyasında tribunadan necə çıxış edəcəyini təsəvvür etmək çətin olsa da, hazırda hakim partiyanın siyasi düşərgəsində müzakirələr Qazaryan istiqamətində gedir. Əgər Vahe Qazaryan bu posta yiyələnsə, onun hazırkı birinci müavini Aram Hovhannisyan, yəqin ki, Ermənistan polis rəisi vəzifəsini tutacaq. Lakin hələlik yekun qərar yoxdur”, - deyə qəzet iddialar səsləndirib.(yenisabah.az) 


Geri dön