Ana Sayfa > Karusel / Gündəm > Fərid Şəfiyev: “Laçına Suriya və Livandan ermənilərin köçürülməsi qanunsuz məskunlaşdırma olub”
Fərid Şəfiyev: “Laçına Suriya və Livandan ermənilərin köçürülməsi qanunsuz məskunlaşdırma olub”23-08-2022, 11:40. Yazar: Admin |
“Son vaxtlar erməni diasporu informasiya cəbhəsində hücuma başlayıb ki, tarixən, guya 4-cü əsrdən Laçında ermənilər yaşayıb. Bu, tamamilə yalandır”. Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilən “Laçın: Post münaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib. Fərid Şəfiyev deyib ki, 1992-ci ildə, işğaldan əvvəl Laçın əhalisinin 99 faizi azərbaycanlılar olub, cəmi 300-ə qədər erməni yaşayıb: “İşğaldan sonrakı dövrdə Laçına Suriya və Livandan qanunsuz ermənilər köçürülüb, onlar özləri də bunu etiraf edirlər. İndi erməni diasporu səs-küy salır ki, bu insanlar ikinci dəfə qaçqın düşürlər. Bu, qanunsuz məskunlaşdırma olub”. Fərid Şəfiyev qeyd edib ki, erməni diasporunun bu təbliğatına qarşı Azərbaycan mediası aktiv olmalı, Laçın sakinləri də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışmalıdır. Geri dön |