Ana Sayfa > Karusel / Gündəm > Bakı küçələrində narkotik satanlar saxlanıldı

Bakı küçələrində narkotik satanlar saxlanıldı


23-08-2022, 11:01. Yazar: Admin

 

Paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 12, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

 


Geri dön