Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda bank kartlarının sayı 23 faizə yaxın artıb

Azərbaycanda bank kartlarının sayı 23 faizə yaxın artıb


22-08-2022, 18:40. Yazar: Admin

Azərbaycanda bank kartlarının sayı 23 faizə yaxın artıb

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin iyul ayında iyun ayı ilə müqayisədə 185 min ədəd artaraq 12 milyon 429 min ədədə çatıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.6% artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

 

Məlumata görə, iyul ayında əməkhaqqı kartları 22 min ədəd artaraq 2 milyon 691 min ədədə, digər debet kartlarının sayı 125 min ədəd artaraq 4 milyon 701 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq 1 milyon 583 min ədədə yüksəlib.

Sosial kartların sayı isə 6 min ədəd artaraq 3 milyon 454 min ədədə çatıb.


Geri dön