Bu gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
Qarabaginfo.az xəbər verir ki, rayonun Şahsevən kəndində “QazEl” markalı yük maşını ilə “Vaz 2121-Niva” markalı minik avtomobili topquşub.
Nəticədə minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Araz Qədirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.