Yeni doğulmuş uşağın Bərdə rayon Mərkəzi Rayon Xəstəxanasında ölməsi faktı Bərdə rayon prokurorluğunda araşdırılır.
Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini, 1997-ci il təvəllüdlü ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.