Bu barədə Qarabaginfo.az-a FHN-dən məlumat verilib. Məlumata görə, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb.
Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.