Ana Sayfa > Karusel / Qarabağ > Ermənilər Susu da boşaldır - 4 ailə qalıb: "Kəndi təhvil verməliyik"
Ermənilər Susu da boşaldır - 4 ailə qalıb: "Kəndi təhvil verməliyik"20-08-2022, 12:05. Yazar: Admin |
Laçın rayonunda ermənilərin qanunsuz məskunlaşdığı Sus kəndindən köç sürətlənib. Avqustun 5-dən etibarən Susdakı ermənilər öz əşyalarını Ermənistanın digər bölgələrinə və ya Qarabağın separatçıların nəzarətində olan ərazisinə daşımağa başlayıblar. Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-nə Susdakı erməni icmasının rəhbəri Mxitar Nersisyan bildirib. O deyib ki, bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib.
Nersisyanın sözlərinə görə, Qarabağdakı separatçı rejimin rəhbərliyi onlara yeni mənzillər üçün “sertifikatlar” verəcəyini vəd edib. “Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı, bir neçə il əvvəl hətta bundan da çox, amma tədricən onların sayı azaldı - getdilər, sonra geri qayıtdılar, yenə getdilər”, - deyə icma başçısı bildirib.
Mxitar Nersisyanın sözlərinə görə, 44 günlük müharibədən sonra onlar fikirləşirdilər ki, Sus kəndi erməni tərəfinin nəzarətində qalacaq, bütün sakinlər geri qayıdacaq.
Geri dön |