Ana Sayfa > Karusel / Region > Pensiyaçı ov tüfəngi ilə Rusiyanın "Su-34" qırıcısını vurub saldı...-FOTOLAR+VİDEO

Pensiyaçı ov tüfəngi ilə Rusiyanın "Su-34" qırıcısını vurub saldı...-FOTOLAR+VİDEO


20-08-2022, 11:56. Yazar: Admin
Pensiyaçı ov tüfəngi ilə Rusiyanın
2022-ci ilin martında Rusiya işğalçıları Ukraynanın Çerniqovu fasiləsiz bombardman edəndə təqaüdçü Valeri Fyodoroviç ov tüfəngini götürərək təyyarələrdən birinə atəş açıb. Nəticədə düşmənin "Su-34" qırıcısı məhv edilib
Qarabaginfo.az moderator.az-a istinadən xəbər verir ki, yalnız dünən -avqustun 19-da ictimailəşdirilən bu xəbəri "UNİAN" nəşri yayıb. 
"Rus qırıcısı İkinci dövrə vuranda mən öz tüfəngimdən, hə, uşaqlar, öz tüfəngimdən atəş açdım və o, "ux" və yerə düşdü"- deyə təqaüdçü xatırlayır.
 
Vurulmuş Rusiya qırıcısına görə penisyaçı Ukrayna Dövlət Sərhəd Xidmətinin “Dövlət sərhədinin mühafizəsində köməyə görə” medalı ilə təltif edilib”, - deyə agentliyin saytında bildirilir.
Əsl ovçu kimi Viktor Fyodoroviç  vurulmuş "Su-34"-dən bir parçanı xatirə üçün götürüb saxlayır.
 
"Yaşın imkan versə, orduya gedərsənmi" -deyə soruşduqda ahıl kişi belə cavab verib: "Elə bu gün! Piyada, dördəmə, sürünərdim!"
 
Döyüşlər zamanı bu təqaüdçü ukrayın kişi daim Çerniqov müdafiəçilərinə və mülki sakinlərə kömək edib. Onun evinin zirzəmisində uşaqlı qonşular gizləniblər.

Geri dön