Ana Sayfa > Karusel / Gündəm > Su kəmərində qəza oldu, həyətlər su altında qaldı - Fotolar
Su kəmərində qəza oldu, həyətlər su altında qaldı - Fotolar19-08-2022, 16:41. Yazar: Admin |
Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən 30-cu korpus ərazisindən keçən 160 mm diametrli, təzyiqli magistral su kəmərində qəza baş verib. “Azərsu” ASC-dən Qarabaginfo.az-a verilən məlumata görə, su sızması magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilmiş 170 nömrəli fərdi yaşayış evinin altında yaranıb. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətləri də su altında qalıb. Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra “Azərsu” ASC-nin, rayon icra hakimiyyəti və bələdiyyənin əməkdaşları qəza yerinə baxış keçiriblər. Məlum olub ki, qəza həmin yaşayış evinin yataq otağının alt hissəsində baş verib ki, bu da həmin yerdə texnikanın işləməsini mümkünsüz edib. Mənzil sahibi tərəfindən evin döşəməsi sökülərək qəzanın yeri müəyyən edilib. “Azərsu” ASC-nin qəza briqadası tərəfindən su axıntısının qarşısı müvəqqəti olaraq alınıb. Hazırda qəzanın tam aradan qaldırılması üçün işlər davam etdirilir.
Geri dön |