Ana Sayfa > Karusel / Gündəm > Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər


19-08-2022, 16:26. Yazar: Admin

 

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Qarabaginfo.az xəbər verir ki, “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.


Geri dön