Ana Sayfa > Karusel / İdman > “Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı

“Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı


19-08-2022, 15:41. Yazar: Admin

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq “Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlanıb.

 

Qarabaginfo.az xəbər verir ki, "köhlən atlar" avqustun 22-də Plzen şəhərinə yollanacaq.

 

Ağdam təmsilçisini Praqaya aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

 

Avqustun 22-si Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Yarım saat sonra matçın keçiriləcəyi "Dusan Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Bakıdakı ilk matçda hesab açılmayıb.


Geri dön