Ana Sayfa > Karusel / Gündəm > "Ukrayna Krıma yeni zərbələr endirəcək"

"Ukrayna Krıma yeni zərbələr endirəcək"


19-08-2022, 11:34. Yazar: Admin

2022/08/62f25-1660051892.jpg

 

“Krımda naməlum partlayışlar baş verib. Bu barədə Rusiya mənbələri məlumat yayıb”.

Qarabaginfo.az xəbər verir ki, bu haqda ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu bildirib.

“İyulun 6-dan bəri ilk dəfə olaraq heç bir tərəf yeni ərazilərdə nəzarəti ələ keçirməyib. Rusiya qüvvələri uğursuz və lokal əməliyyatlar həyata keçiriblər. Rusiya mənbələri Kerç körpüsü yaxınlığında Ukraynanın PUA-sının vurulduğunu iddia edirlər. Ukrayna Prezident Ofisinin nümayəndəsi Mixaylo Podolyak daha əvvəl bildirmişdi ki, həmin körpü qanunsuz tikilib və məhv edilməlidir. Biz PUA-nın, həqiqətən vurulub-vurulmadığını hələ ki, dəqiqləşdirə bilmirik”.

Müharibə Tədqiqatları İnstitutu Ukraynanın Rusiyanın Krımdakı hərbi obyektlərinə zərbələr endirəcəyini proqnozlaşdırır:

“Çox güman, bu zərbələr davam edəcək. Bu, Rusiyanın logistika imkanlarını və Dnepr çayının qərb sahilində əməliyyatları davam etdirmək imkanını zəiflətmək üçün lazımdır”.

Geri dön