Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlandı

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlandı


19-08-2022, 11:29. Yazar: Admin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlandı

“Hazırda Azərbaycanda 300 minə yaxın insan şəkərli diabetdən əziyyət çəkir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova bildib.

O qeyd edib ki, statistik məlumatlara görə, Azərbaycanda diabet xəstələrinin sayında artım müşahidə olunur: “Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətində (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur”.

Mütəxəssis əlavə edib ki, Beynəlxalq Diabet Federasiyası dünyada 537 milyondan çox insanın şəkərli diabetdən əziyyət çəkdiyini açıqlayıb. Ölüm səbəbi kimi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir. Bu xəstəlik tək tibbi yox, həm də sosial, iqtisadi, psixoloji problemlər yaradır.


Geri dön